12 Avqust 2017 12:49
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donalad Trampın reytinq göstəriciləri getdikcə yüksəlir.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, “Rasmussen Reports” şirkətinin növbəti reytinq sorğusu bu faktı təstiq edib.

Sorğuya əsasən ABŞ vətəndaşlarının 45 faizi Trampın dəstəkləyib. 53 faiz amerikalı isə onun prezident postundakı fəaliyyətini hələ də qənaətbəxş hesab etmir.

Məlumatda qeyd edilir ki, ötən həftə ABŞ liderinin etimad göstəriciləri 39 faiz təşkil edib.

Xatırladaq ki, avqustun 8-də CNN telekanalı SSRS-in sorğu nəticələrini yayımlamışdı. Nəticələrə görə Tramp inauqurasiyadan bəri ən aşağı səs faizi toplamışdı.


Müəllif: Elçin Murad