13 Avqust 2017 23:10
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Evin ictimaiyyətlə əlaqədar şöbəsinin sabiq rəhbəri Antoni Skarmuççi ABŞ prezidenti Donald Trampın ətrafının ona qarşı kampaniya apardığını bildirib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, o, "ABC" kanalına açıqlamasında Ağ Evdə çalışanların bəzisinin öz maralaqı üçün çalışdıqlarını və Trampı postundan uzaqlaşdırmaq istədiklərini bildirib.

Skarmucciyə görə, Trampın ətrafında ona çox az sayda sadiq adamlar var.

Ağ Evdə Rabitə naziri postuna gətirildikdən on gün sonra vəzifəsindən çıxarılarş Skaramucci qeyd edib ki, Ağ Evdə Trampla eyni dəyərləri bölüşməyən və fərqli maraqları olan məmurlar var.

Trampa qarşı olan şəxslərin adlarını açıqlamaq istəməyən Skcaramucci onu da əlavə edib ki, prezident Vaşinqtonda siyasi gücün təmsilçisi deyil və bəziləri onu oradan uzaqlaşdırmaqda maraqlıdır.


Müəllif: Teleqraf.com