13 Avqust 2017 22:54
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliya meşə yanğınlarının söndürülməsi üçün Avropa İttifaqından kömək istəyib.

Ölkənin daxiili işlər naziri Konştansa Urbana de Souza Aİ-dən yanğınsöndürmə aviasiyasının və yanğınsöndürənlərin sayının artırılmasını istəyib.

Məlumata əsasən, yanğın ilə 6,5 min yanğınsöndürən mübarizə aparır. Yanğınlar ilə əlaqədar Koimbra dairəsində və ölkənin mərkəzində bir neçə bələdiyyədə fövqəladə vəziyyət elan olunub.

Qeyd edək ki, iyunda bir neçə gün Pedroqan-Qrandi bələdiyyəsində davam edən meşə yanğınları 64 nəfərin ölümünə səbəb olub.

\Trend\


Müəllif: Teleqraf.com