15 Avqust 2017 16:37
3 697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən Azərbaycan Prezidenti İlham Əliyevin tələbəsi olmuşam. Cənab Əliyev hələ prezident olmamışdan əvvəl bizim qrupumuzda beynəlxalq münasibətlərin tarixi üzrə seminar aparırdı. Onun keçmiş tələbələri kimi biz indi də görüşəndə bunu yada salırıq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiyanın Mədəniyyət naziri Vladimir Medinski “Moskva-Bakı” nəşrinə müsahibəsində deyib.

“Əgər İlham Əliyevin Azərbaycan prezidenti olacağını bilsəydik, onun dediklərinə daha diqqətlə qulaq asardıq. Amma sovet illərində bunu təsəvvür etmək mümkün deyildi. Dəqiq deyə bilərəm ki, professor Əliyev heç vaxt tələbələrini incitmirdi, həmişə onlarla mehriban davranırdı”, - deyə Vladimir Medinski qeyd edib.


Müəllif: Nərgiz