16 Avqust 2017 01:53
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə 2019-cu ilin sonunadək ölkədəki köhnə su elektrik stansiyalarını (SES) modernləşdirəcək.

Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Nerat Albayrak deyib.

Nazir qeyd edib ki, hazırda ölkədə dövlət və özəl sektora aid SES-lər mövcuddur.

O əlavbə edib ki, Türkiyədə bütün su elektrik stansiyaları ətraf mühitin mühafizəsi üzrə tələblərə cavab verməlidir: "Bununla əlaqədar fəaliyyətdə olan bütün SES-lərin modernləşdirilməsi aparılacaq".

Xatırladaq ki, Türkiyədə ilk SES 1902-ci ildə Mersin vilayətinin Tartus şəhərində tikilib. Hazırda ölkədə 600 su elektrik stansiyası fəaliyyət göstərir.

/Trend/


Müəllif: Teleqraf.com