16 Avqust 2017 21:12
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın Toronto şəhərində televiziya qülləsində yanğın olub.

Trend-in məlumatına görə, Si-En-Tauer qülləsində yerli vaxtla səhər saat 4 radələrində başlayan alovu 3 saatdan sonra söndürmək mümkün olub. Hadisə zamanı qüllədə olan təmizləyicilər təxliyə edilib. Yanğında xəsarət alan olmayıb.

Hündürlüyü 550 metr olan teleqüllə şəhərin ən görməli yerlərindən hesab edilir.


Müəllif: Teleqraf.com