16 Avqust 2017 21:47
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistan təhsil ocaqları ilə bağlı yeni qadağa tətbiq edib. Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Tacikistanın Təhsil Nazirliyi məktəbli qızlara hicab geyinməyi, oğlanlara isə saqqal saxlamağı qadağan edib. Nazirliyin qərarında qızların hicab, dar şalvar, qısa geyimlər geyinməsi, parlaq makiyaj etməsi qadağan edilib.

Bundan başqa, oğlanlara saqqal saxlamaq, saç uzatmaq, sırğa taxmaq və cins şalvar geymək qadağan edilib.

Həmçinin, məktəblilər döymə vura, üzərində reklam yazıları olan geyimlər geyə bilməzlər.


Müəllif: Teleqraf.com