16 Avqust 2017 22:34
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

65 ildir evli olan hollandiyalı çütlük əl-ələ verib könüllü ölmək (evtanaziya) barədə qərar veriblər.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, 91 yaşlı Nik və Tris Elderhorst son beş ildə yataq xəstəsi olublar. Nik Elderhorst 2012-ci ildən bəri ayaqları tutulub, Tris Elderhorstun isə hafizəsi itib. Onlar ağrı-acılardan xilas olmaq və heç kəsə əziyyət verməmək üçün birlikdə evtanaziya haqqından istifadə emək qərarına gəliblər. Qərar yerinə yetirilib.

Hollandiya dünyada evtanaziyanı qanuniləşdirən ilk ölkədir. Dünyada tək-tək insanların bu qanundan istifadəsinə tez-tez rast gəlinsə də, ər və arvadın birlikdə "bizi öldürün" qərarını verməsinə çox nadir hallarda təsadüf edilib.


Müəllif: Teleqraf.com