17 Avqust 2017 11:12
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə kral ailəsinin daha bir üzvü şahzadə Bəndər bin Fad bin Səəd bin Əbdülrəhman əl-Səud dünyasını dəyişib.

Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, dünən vəfat edən şahzadə bu gün dəfn olunacaq.

Onun ölüm səbəbi haqda heç bir məlumat açıqlanmayıb.

Xatırladaq ki, avqustun 8-də Səudiyyə Ərəbistanı Krallığı 26 yaşlı şahzadə Salman bin Abdulla bin Türki əl-Səudun ölüm xəbərini yaymışdı. Onun da ölüm səbəbi açıqlanmamışdı.

“Eremnews” agentliyi Əl-Səudun ölümünə ürək tutmasının səbəb olduğunu yaymışdı.


Müəllif: Nərgiz