17 Avqust 2017 12:10
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:30

Hollandiya KİV-i Hilversyum şəhərində 3FM radiostansiyasının binasına hücum edildiyini bildirib.

Teleqraf.com-un xəbərinə görə, Röyter agentliyi də eyni məzmunlu xəbər yayıb. Hücum edənlərin radionun əməkdaşlarını girov götürdüyü bildirilir.

Hadisənin təfərrüatı barədə məlumat verilmir.

***

Naməlum şəxs Şimali Hollandiya əyalətinin şərqindəki Xilversyum şəhərində 3FM radiosunun binasına hücum edib və qadını girov götürüb.

Teleqraf.com-un xəbərinə görə, bu barədə "Röyter" yerli NOS telekanalına istinadən xəbər yayıb.

Telekanalın yaydığı xəbərə görə, naməlum kişi ofisə daxil olub, oradakıları hədələyib və bir qadını girov götürüb. Polis radiostansiyanın ofisini mühasirəyə alıb. Binadan 50 metr aralıda çanta və bıçaq tapılıb. Hadisə yerinə xüsusitəyinatlılar cəlb edilib.

Bir qədər sonra naməlum kişi həbs edilib. Qadın zərər çəkməyib.

Bu insidentə baxmayaraq, radiostansiya yayımı dayandırmayıb.


Müəllif: Nahid