17 Avqust 2017 12:17
2 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

3 gün öncə hərbi hissədən evlərinə qaçıb özünü asan erməni ordusunun əsgəri Abbas Sloyanın intihar səbəbi məlum olub.

Teleqraf.com xəbər verir ki, ermənişünas İsmayıl Tanrıverdinin bildirdiyinə görə, əslən yezidi kürd olan əsgərin adı Abbas oldugu üçün ona istehza edən 7-8 erməni hərbçisi tərəfindən qəddarcasına döyülüb.

İsmayıl Tanrıverdi bildirib ki, qorxudan hərbi hissəni tərk edərək evlərinə qaçan Abbas Sloyan çıxış yolunu özünə sui-qəsddə görüb:

“Davam edən istintaqın ədalətli olub-olmayacağı isə bəlli deyil”.


Müəllif: Nərgiz