17 Avqust 2017 13:16
1 555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliya Senatının üzvü, Tək Millət Partiyasının təmsilçisi Paulina Hanson qəribə bir etiraz aksiyası keçirib. O, parlamentə müsəlman qadınlar kimi tam örtülmüş şəkildə, çadrada gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, mühafizəçilər deputatı parlament binasına buraxmayıblar, daha sonra Senat rəhbərinin göstərişi ilə gözləmə salonunda oturmasına icazə veriblər.

Senatın rəhbəri bəyan edib ki, bu, xanım Hansondur, onun şəxsiyyəti dəqiqləşdirilib: "Təhlükəsizlik baxımdan problem deyil, deputatlar üçün geyim məcburiyyəti yoxdur".

Parlamentin iclasına qatılan xanım Hanson çadranın və islamın nə qədər təhlükəli olduğuna diqqət çəkmək üçün belə etdiyini deyib.


Müəllif: Mahir