17 Avqust 2017 14:07
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın eks-prezidenti Viktor Yanukoviçə dövlət tərəfindən təyin edilmiş vəkil Vitali Meşeçek iclas zamanı məhkəməyə müraciət edərək bu vəzifədən azad edilməsini xahiş edib.

Teleqraf.com xəbər verir ki, o bununla bağlı Kiyevin Oblonsk rayon məhkəməsinə müraciət ünvanlayıb.

“Xahiş edirəm ki, icra edə bilmədiyim üçün məni bu vəzifədən azad edəsiniz”, - deyə o bildirib. Vəkil bunu “işin xüsusi ağırlığı”, həmçinin, işin hazırda olduğu mərhələ ilə əlaqələndirib.

İttiham tərəfi öz növbəsində dərhal məhkəmədən bu xahişi yerinə yetirməməyi xahiş edib.

Hakim Vladislav Devyatko isə vəkilin məhkəmə qarşısında çətin məsələ qaldırdığını bildirib. O bu məsələnin müşavirə otağında həll edilməli olduğunu açıqlayıb. Hazırda məhkəmədə fasilə elan olunub və hakimlər qərar qəbul etməyə yollanıblar.

Qeyd edək ki, V.Yanukoviç dövlətə xəyanət maddəsi üzrə qiyabi mühakimə olunur.


Müəllif: Səxavət