17 Avqust 2017 17:55
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali İraq Kürd Muxtariyyatının bu il sentyabrın 25-də keçirəcəyi müstəqillik refendumunu təxirə sala bilər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Bağdadda mərkəzi hökumətlə danışıqlar zamanı muxtariyyat təmsilçiləri bir sıra şərtlər irəli sürüblər.

Şərtlərə muxtar bölgəyə büdcədən vəsait ayrılmasının bərpası, münaqişəli ərazilərin statusunun tanınması, kürdlərin İraq hökumətində yer verilməsi kimi çoxsaylı tələblər daxildir.

Tələblər yerinə yetirilsə refendum hansısa müddətə ertələnə bilər.

Qeyd edək ki, İraqın şimalında Məsud Bərzanin rəhbərlik etdiyi kürd muxtar bölgəsi sentyabrın 25-də müstəqillik refendumu təyin edib. BMT və digər ölkələr İraqın bölünməsinə gətirib çıxaran bu addımı qəbul etmir.


Müəllif: Mahir