13 Aprel 2014 23:12

Edam qərarları ilə rekord vuran və dünya ölkələri tərəfindən tənqid olunan Misir bu dəfə hamilə məhbusların asılmasına qərar verib.

Teleqraf.com-un məlumatına görə, etiraz aksiyalarında aktiv iştirak edən 529 qadın barədə edam qərarı verən Misir indi hamilə məhkumlar haqda qərar çıxarıb.

Misir qanunvericiliyinə görə, məhkum hamilədirsə, övladını dünyaya gətirəndən 2 ay sonra asılmalıdır. Yaşı 18-dən az olan məhkumlar 15 il həbslə cəzalandırılır. Misirdə 670 adamın asılması barədə qərar verilib.

Bu şəxslər arasında qadınlar, gənclər və tələbələr var. Sorğu-sualsız saxlanılan uşaqların işgəncəyə məruz qaldığı deyilir.


Müəllif: Teleqraf.com