18 Avqust 2017 08:47
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın xəritəsini kosmosa göndərən NASA mütəxəssisləri bu əməllərinə peşman olublar.

Teleqraf.com bildirir ki, dünyanın qalaktikadakı koordinatlarını 40 il öncə açıq kosmasa göndərən NASA-da bunun gələcəkdə fəlakətlərə səbəb ola biləcəyini düşünürlər.

Qalaktikanın dərinliklərinə göndərilən xəritələri tərtib edən Franke Drake “O zaman insanlar xeyirxah idilər, bunun təhlükə ola biləcəyini düşünməyiblər. Dünya xaricində olan canlıların da dostcanlı olduğunu düşünüblər. Bir saniyəlik də olsa, bunun təhlükə ola biləcəyini ağıllarına gətirməyiblər”, - deyə açıqlama verib. Ancaq Darke hesab edir ki, bu yalnış qərar olduqca böyük fəlakətklərə gətirib çıxara bilər.

Onun sözlərinə görə, sözügedən xəritələr NASA-nın 1972-73-cü illərdə Pioner 10 və 11, 1977-ci ildə isə Günəş sistemi ilə bağlı araşdırma üçün kosmosa göndərilən Voyajer 1 və Voyajer 2 kosmik gəmilərində olub.

Qeyd edək ki, məşhur ingilis fiziki Stiven Hokinq də dünya xarici canlılarla bağlı xəbərdarlıq etmişdi: “Yüksək səviyyəli bir mədəniyytlə qarşılaşmaq qızıldərililərin Xristofor Kolumbla qarşılaşmasına bənəzəyə bilər. Bu, o zaman heç də yaxşı nəticələnməmişdi”.


Müəllif: Elçin Murad