18 Avqust 2017 01:08
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən önəmli basketbolçuları arasında yer alan LeBron Ceyms ABŞ Prezidenti Donald Trampı sərt tənqid edib.

Teleqraf.com xəbər verir ki, o, rəsmi Tvitter hesabından ABŞ dövlət başçısını sadəcə “sözdə prezident” adlandırıb.

“Nifrət Amerikada həmişə olub. Bəli, biz bunu bilirik. Ancaq Donald Tramp bu nifrəti yenidən dəbə mindirdi. Bunu heç bir sahədə bizə aid etmək olmaz”,- deyen LeBron bu sözlərindən sonra qatıldığı bir toplantıda tənqidinin şiddətini daha da artırıb. Ailə Vəqfi toplantısında yaşananların bir faciə olduğunu və həll yolunun sevgidən keçdiyini bildirən Ceyms Donald Tramp haqda “o, sadəcə, prezident adlandırılan, yəni sözdə prezidentdir” deyə bəhs edib.

Qeyd edək ki, ABŞ-ın Virciniya ştatının Karlottesvill şəhrində irqçiliyə qarşı bir etiraz aksiyasında iştirakçıların üstünə maşınını sürən nasist Ceyms Aleks Fields 1 nəfərin ölümünə, onlarla insanın da yaralanmasına səbəb olub. Ölkədə böyük şok effekti yaradan hadisədən sonra Donald Trampın iki tərəfin də günahkar olduğunu iddia etməsi çoxlarının tənqidinə tuş gəlib. Trampın bu açıqlamalarına etiraz edənlərə NBA-da “Klivlənd Kavaliers” forması geyən LeBron Ceyms də qatılıb.


Müəllif: Alpər Cəbrayıl