18 Avqust 2017 14:55
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:52

İspaniyanın Barselona şəhərində mikroavtobus kütlənin üzərinə sürülüb.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb.

13 nəfərin öldüyü, azı 56 nəfərin xəsarət aldığı bildirilir.

Hazırda polis əraziyə heç kimi buraxmır, yaxınlıqdakı metro stansiyası və mağazalar da bağlanıb.

Sürücü hadisə yerindən qaçıb.

***

Barselonanın Rambla bölgəsində baş verən terror aktı nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Hadisə nəticəsində 119 nəfər yaralanıb. Onlardan 15 nəfərin durumu ağırdır.


Müəllif: Teleqraf.com