18 Avqust 2017 15:14
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə sürətlə yayılan yeni proqram təminatı insanları dondan-dona salır.

Teleqraf.com bildirir ki, “Face Dance Challenge” adlı proqram öncə istifadəçinin üzünü skanerdən keçirir. Sonra seçilən musiqiyə uyğun üz ifadələri təqdim edir.

Ritmə uyğun olaraq istifadəçi üz ifadələrini eynən təkrar etməli və xal qazanmalıdır.

Maraqlısı odur ki, Yutubda paylaşılan videolarda insanların üz ifadələrini tez-tez dəyişməsi ortaya maraqlı görüntülər çıxarır.


Müəllif: Elçin Murad