18 Avqust 2017 18:24
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı dövlət idarəetməsi sahəsində islahatların aparılması üçün Ukraynaya 100 milyon avrodan çox vəsait ayıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa İttifaqının ölkədəki nümayəndəliyi məlumat yayıb.

Qurumun “Feysbuk” səhifəsində bildirilib ki, Avropa İttifaqı Ukraynada tam və əhatəli dövlət islahatlarını dəstəkləyir. Bununla belə, sözügedən maliyyənin dövlət idarəçiliyi islahatlarının əvvəlcədən razılaşdırılmış şərtlər altında aparılacağı təqdirdə ayrılacağı vurğulanıb. İslahatlar 2017-2020-ci illəri əhatə edəcək.

Qeyd edək ki, Ukraynada dövlət idarəçiliyi sistemində islahatlara start verilib. Bu çərçivədə artıq ölkədə dövlət katibi institutu yaradılıb. İnstitutun yaradılmasında məqsəd nazirliklərin siyasi və inzibati funksiyalarını ayırmaqdır. Bundan başqa hər bir nazirlikdə baş direktoratlığın yaradılması planlaşdırılır. Onlar yeni mütəxəssislərdən təşkil olunacaq və islahatların aparılması ilə məşğul olacaqlar.


Müəllif: Səxavət