18 Avqust 2017 22:26
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya aktrisa kimi fəaliyyət göstərən türk əsilli Sibel Kekilli soydaşlarının ona ünvanladığı qeyri-etik mesajlara sərt etirazını bildirib.

Teleqraf.com xəbər verir ki, Sibel Kekilli İnstaqram hesabında yazıb.

"Hər şeydən əvvəl hər birinizə gözəl dəstəyiniz üçün təşəkkür edirəm. Məni cəsarətləndirirsiz. Sevginiz üçün təşəkkür. Mənə nifrət və cinsi xarakterli mesajlar göndərən türklərə cavabım budur.

Təhdidlərinizi, iyrənc cinsi xarakterli mesajlarınıza tolerant yanaşmaq fikirim yoxdur. Özünüzü müsəlman sayıb başqalarına, xüsusilə də qadınlara, ya da digər dinlərə sayqı duymursuz. İkiüzlüsüz, nifrət püskürürüsüz.Sizə yazığım gəlir. Rədd olun, gedin. Hesabımı da təqib etməyin.


Müəllif: Teleqraf.com