18 Avqust 2017 20:57
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp bu gün bir daha Barselonadakı terror və ölkəsinin bununla bağlı qabaqlayıcı tədbirləri barədə tvitterdə bir neçə tezis qeyd edib.

Trampın yazdıqlarından belə anlaşılıb ki, o, demokratların ABŞ-da terrorçuluq əleyhinə daha effektiv mübarizəyə əngəl törətdikləri iddiasındadır.

"Ölkəmizin təhlükəsizliyi tam nəzarət altındadır. Sərhədlərimiz daha ciddi qorunur. Radikal təşkilatların İslamın adından istifadə edərək terrora əl atmaları qəbuledilməzdir. Nə olursa, olsun terror durdurulmalıdır. Məhkəmələr bu məsələdə qərarlarımıza dəstək verməlidirlər. Əngəlləyici demokratlar ölkənin təhlükəsizliyini çətinləşdirir. Hər dəfə məhkəmələrim imkanlarından istifadə edib qərarlarımızın icrasını təxirə salırlar. Buna son verilməlidir".


Müəllif: Teleqraf.com