19 Avqust 13:03
1 277

Yutub videohostinqində Su-34 qırıcılarının uçuşunu yerləşdirən operator onları fantastik sürətə malik UNO-nun izlədiyini müşahidə edib. Bunu ancaq videonun sürətini tam azaltdıqdan sonra görmək mümkün olub.

Teleqraf.com esoreiter.ru-ya istinadla xəbər verir ki, videodan göründüyü kimi, UNO-nun etdiyi manevrlər həm sürət, həm ağılalmaz hərəkətlər baxımından istənilən müasir uçuş aparatlarını heyrətamiz ölçüdə geridə qoyur.

UNO fantastik sürətlə hərəkət edir, anidən öz uçuş trayektoriyasını dəyişir, qırıcıların gah sağ, gah sol tərəfinə keçir, sanki oyun oynayır və onları ötərək çox geridə qoyur.

Qırıcılar isə özlərini sanki ətrafda heç nə olmamış kimi aparır, elə bil insan gözü kimi onların radarları da şübhəli heç bir şeyi qeydə ala bilmir.

Videonu təqdim edirik:


Müəllif: Alpər Cəbrayıl