19 Avqust 2017 11:28
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə naziri Ceyms Mattis avqustun 23-də Türkiyəyə səfərə gəlir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onun prezident Rəcəb Tayyuib Ərdoğan, Müdafiə naziri Nurəddin Canıqlı və Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşü gözlənilir.

ABŞ Müdafiə Nazirliyindən verilən və iki ölkə arasında strateji müttəfiqliyin mövcudluğu vurğulanan açıqlamada deyilir ki, danışıqlarda regional sabitliyin qoryunması üçün müştərək mövqelər nəzərdən keçiriləcək, Türkiyənin PKK narahatlığı müzakirə ediləcək.

Mattis Ankaraya gəlməzdən öncə İordaniyada olacaq, Türkiyə səfərindən sonra isə Ukraynaya gedəcək.


Müəllif: Mahir