19 Avqust 2017 17:15
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Android O” (8.0) mobil əməliyyat sistemi avqustun 21-də ictimaiyyətə təqdim ediləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

“Avqustun 21-də 1918-ci ildən bəri ilk dəfə ABŞ-ın ərazisində günəş tutulması qeydə alınacaq. “Android” platforması sizə tarixi əhəmiyyətli təbiət hadisəsini hiss etməyə kömək edir ki, siz günəş tutulması haqda daha çox məlumatlı olasınız”, - deyə məlumatda bildirilir.

Avqustun 21-də Bakı vaxtı ilə saat 22:40-da təqdimatın videoyayımı başlanacaq.

“Google” şirkəti cari ilin mayında “Google I/O” konfransında “Android 8.0” versiyasını təqdim edib. Sistemdə fon rejimində işləyən proqramlar üçün yeni məhdudiyyətlər tətbiq edilib ki, bu da qurğunun işini yaxşılaşdırmağa kömək edir. Həmçinin sistemin dizaynı təkmilləşdirilib. Hazırda yeni versiya beta test mərhələsindədir.


Müəllif: Teleqraf.com