22 Avqust 2017 00:39
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanda sərhədi qanunsuz keçmək istəyən 162 miqrant saxlanılıb.

Teleqraf.com xəbər verir ki, avqustun 7-dən 20-dək ölkənin dövlət sərhədlərində ümumilikdə 482 qaçqın saxlanılıb.

Qaçqın axınının qarşısını almaq üçün Serbiya ilə sərhəddə tikanlı məftillər çəkilib. Bununla yanaşı, sərhədyanı rayonlarda fövqəladə vəziyyət elan edilib və sərhədi qanunsuz keçmək cəhdinə görə cəza sərtləşdirilib.


Müəllif: Teleqraf.com