22 Avqust 2017 01:12
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.

Teleqraf.com xəbər verir ki, partlayış uzaqdan idarə olunan qurğunun işə düşməsi nəticəsində baş verib. Hadisənin baş verdiyi ərazidə bir neçə ölkənin səfirliyi yerləşir. Partlayışdan əvvəl ABŞ-ın bu ölkədəki səfirliyinin raket atəşi xəbərdarlığı üçün istifadə etdiyi siqnalizasiya işə düşüb.

Qeyd edək ki, partlayış ABŞ prezidenti Donaald Trampın ABŞ-ın Əfqanıstandakı qoşunları barədə planlarını açıqlamaqla bağlı çıxışından bir neçə saat öncə törədilib. Dağıntı və tələfatla bağlı hələlik məlumat verilmir.


Müəllif: Teleqraf.com