22 Avqust 2017 01:28
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə Avropa ölkəsi Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşviliyə vətəndaşlıqla bağlı təklif versə də, o, bu təkliflərdən imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Saakaşvilinin özü fesbuk səhifəsində məlumat verib.

O, bildirib ki, sentyabrın 10-da Ukraynaya qayıdacaq: "Bir neçə Avropa ölkəsi mənə vətəndaşlıq verməyi təklif ediblər. Burada işsiz qalmayacam. Lakin təkliflərdən imtina etmişəm və Ukraynaya qayıtmağa hazırlaşıram".

Saakaşvili bildirib ki, oliqarx İvanişvili də hakimiyyəti dövründə barəsində cinayət işi qaldırıb: "Bu ona görə edilib ki, Gürcüstanda siyasətlə məşğul ola bilməyim. Eynilə Poroşenko da belə fərman verib və məni Gürcüstana qaytarmaqla təhdid edir. Ukrayna-Polşa sərhədində görüşənədək".


Müəllif: Teleqraf.com