22 Avqust 2017 10:28
1 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliklərinin ABŞ-dakı səfiri Yusif əl-Üteybənin email yazışmaları mediaya sızdırılıb. Səfir Səudiyyə Ərəbistanı haqqında qeyri-etik ifadələrlə zəngin təhlillər yazıb.

Teleqraf.com xarici medaiya istinadla xəbər verir ki, Üteybə Səudiyyə Ərəbistanını nəzərdə tutaraq "Bütün ölkə başını itirib" deyə, qeyd edib.

O, əslən misirli olan həyat yoldaşı Əbeyr Şükrüyə yazdığı email məktubunda Səudiyyə Ərəbistanında qırmızı güllərin satışının qadağan olunmasına belə münasibət bildirib:

"Son dərəcə axmaqdırlar... Əminəm ki, qara bazarda qırmızı güllər yüksək qiymətə satılır. Gərək ürək şəkilli şokoladlara da qadağa qoysunlar".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2008-ci ildən Sevgililər günündə sevənlərin biri-birinə qırmızı gül bağışlamasını yasaqlayıb.

Yusif əl-Üteybə “Nyu York Tayms” qəzetinin məşhur yazarı Tom Fridmana məktubunda şahzadə Məhəmməd ibn Salmanı Səudiyyənin gələcək ümidi adlandırıb:

"Məhəmməd ibn Salmanın gəlişi ilə həqiqi bir dəyişilik hiss edirik. Bu səbəbdən həyəcanlıyıq. Axır bir ümid gördük və bacarmağa məcburuq".


Müəllif: Mahir