23 İyul 2014 14:16

“Rostov vilayətinin Millerov şəhərinin yaxınlığında yerləşən hərbi aerodroma içərisində hərbi texnika olan bir neçə təyyarə enib”.


Bu məlumatı ukrayna mətbuatı etibarlı hərbi mənbələrinə istinadən yayıb. Mənbə əraziyə kəşfiyyat dəstələrinin və xüsusi təyinatlıların gəldiyini qeyd edib:

“Bu hərbi aerodrom Millerov rayonunda olan yeganə aerodromdur. Aerodrom Rusiya-Ukrayna sərhədindən 50 km məsafədə yerləşir. Yerli əhali bu əraziyə, əsasən, cənub-qərb bölgəsindən muzdluların, eyni zamanda, kəşfiyyatçı və xüsusi təyinatlılardan ibarət qrupların gəldiyini bildirir. Həmçinin, hərbi texnika da gətirilir. Gətirilən hərbi texnikalar fermalarda gizlədilir. Hərbçilər isə mülki forma geyinərək əmr gözləyirlər və yerli əhali ilə heç bir kontakta girmirlər”.

/axar.az/


Müəllif: