24 Aprel 2014 17:26
1 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milliyətçi Hərəkat Partiyasının Qrup sədr müavini Yusuf Halaçoğlu, Baş nazir Rəcəb Tayyib Ərdoğanın oxuduğu İqtisadiyyat və İdarəetmə Akademiyasının üç illik olduğunu və bu səbəbdən də Konstitusiyaya görə prezidentliyə namizəd ola bilməyəcəyini iddia etdi.

Halaçoğlu Məclisdə təşkil etdiyi mətbuat konfransında 24 Aprelin erməni soyqırım iddiaları ilə gündəmə gəldiyini xatırlatdı.

Türk Tarix Təşkilatı rəhbəri ikən başqa ölkələrdəki arxivləri araşdırarkən, yüz min səhifədən çox sənəd əldə etdiklərinə işarə edən Halaçoğlu, "Əlimizdə çox güclü bir arxiv var. Bunlarda soyqırım olaraq adlandırılacaq heç bir məlumat söz mövzusu deyil" deyə bildirdi.

Osmanlının dünya müharibəsinə qoşulmasından əvvəl terror qruplarına qarşı mübarizə verdiyini və tutulanların məhkəməyə çıxarılaraq burada ədalətli şəkildə mühakimə olunduqlarını dilə gətirən Halaçoğlu, "Bu mövzuda cəhalətlərindən görməməzlikdən gələrək danışanlar var. Bu tarixçilərə həvalə edilməzmiş, insan imiş" Təbii ki insanı, heyvanı deyil. Siz bu sənədləri oxuya bilirsinizmi?", deyə soruşdu.

Baş nazir Rəcəb Tayyib Ərdoğanın "Köç kimi qeyri-insani hadisə və onun nəticələri" ifadəsini istifadə etdiyini təkrar edən Halaçoğlu , "Hörmətli cənab Baş nazir, siz bunu söyləyərkən qətl edilən müsəlmanlarin məzarlarını mən açdım. Psixoloji vəziyyətim pozuldu. Bunların görməməzlikdən gəlir, köçə qeyri-insani desəniz, o zaman heç bir şey bilmirsiniz", deyə, bildirib.


Müəllif: