24 İyul 2014 00:00
453

Facebook və LinkedIn ABŞ istifadəçilərinin sosial şəbəkələr arasında məmnunluq indeksində ən aşağı qiymət alıb.

Bu barədə American Customer Satisfaction Index 2014 hesabatında deyilir.

Resursların ötən illə müqayisədə ballarını artırmasına baxmayaraq onlar sosial şəbəkələr reytinqinin ən aşağı pillələrində qərarlaşıb.

Reytinqin lideri il ərzində göstəricisini 4 bal artıraraq 76-ya çatdıran Pinterest sosial şəbəkəsi olub. Sonrakı yerdə 74 balla Wikipedia internet ensiklopediyası (göstərici 4 bənd azalıb) qərarlaşıb. YouTube videohostinqi istifadəçilərin məmnunluq göstəricisi üzrə 73 bal toplayıb, Google+ sosial şəbəkəsi 71 balla əvvəlki mövqeyində qalıb. Twitter 4 bənd əlavə etməklə 69 bal toplayıb, lakin Facebook və LinkedIn şəbəkələrindən çox uzaqlaşa bilməyib.

İnternet axtarış sistemləri arasında istifadəçilər daha çox Google (83 bal), Bing və MSN-dən (hərəyə 73 bal) razı qalıblar. Reytinqi Yahoo! (71 bal) və AOL (70 bal) tamamlayır. ABŞ istifadəçilərinin axtarış sistemlərinin işindən orta məmnunluq indeksi 80 bal qiymətləndirilib./axar/


Müəllif: