11 Sentyabr 17:10

Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşviliyə daha bir ittiham üzrə cinayət işi başlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat katibi Artyom Şevçenko məlumat verib.

Onun sözlərinə görə, Saakaşviliyə “polisə müqavimət göstərmə” maddəsi ilə ittiham irəli sürülüb.

Bundan əvvəl isə sabiq qubernator Ukrayna sərhədini qanun keçmədə ittiham olunub.

Qeyd edək ki, Ukrayna Prezidenti Petro Poroşenko iyulun 26-da ABŞ-da səfərdə olan Saakaşvilinin Ukrayna vətəndaşlığından çıxarılması ilə bağlı qərar qəbul edib. Bundan sonra sabiq qubernator Ukraynaya qayıdacağını elan edib. Dünən axşam saatlarında Saakaşvili Ukraynadakı tərəfdarları ilə birlikdə ölkə sərhədini keçib. Bu zaman sərhədçilərlə Saakaşvili tərəfdarları arasında toqquşmalar baş verib. Olaylar nəticəsində azı 16 sərhədçi yaralanıb.

Bununla əlaqədar Ukrayna Daxili İşlər Nazirliyi Saakaşviliyə qarşı cinayət işinin başlandığını bildirib.


Müəllif: Samir