11 Sentyabr 21:37

İran parlamentinin səhiyyə və müalicə komissiyasının üzvü Homayun Haşimi jurnalistlərə açıqlamasında ölkədə QİÇS xəstəliyinin sürətlə yayılmasından danışıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o bu ilin aprel və mayında statistik rəqəmlərin əvvəlki illərlə müqayisəsindən bu nəticəyə gəlib:

“Hazırda ölkədə 66500 nəfərin QİÇS-ə yoluxduğu təxmin edilir. Onlardan yalnız 35 min nəfərinin kimliyini müəyyənləşdirmək mümkün olub. Həmin şəxslərin 84 faizini kişilər, 16 faizini qadınlar təşkil edir.

Xəstəliyə yoluxanların yaş həddi isə 21-35 yaşları arasındadır. QİÇS-in geniş yayıldığı yerlər paytaxt Tehran və digər iri şəhərlərdir. Statistik rəqəmlər isə iranlı qadınlar arasında bu xəstəliyin gündən-günə artmasından xəbər verir.

Mütəxəssislərin bildirdiyinə görə, İranda QİÇS-in sürətlə yayılmasının əsas iki səbəbi var. Onlardan biri qorunmamış cinsi əlaqə, digəri isə narkomanların başqaları tərəfindən istifadə edilmiş iynələrdən və bir sözlə ümumi iynələrdən faydalanmasıdır”.


Müəllif: Samir