12 Sentyabr 2017 10:05
3 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan səfərini başa vurduqdan sonra geri dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ərdoğan ilk olaraq Arakan müsəlmanları ilə bağlı suala cavab verib.

O bildirib ki, bu məsələni amerikalı həmkarı Donald Trampla müzakirə edib:

“Trampa ikitərəfli əməkdaşlığın gücləndirilməsi və arakanlı müsəlmanları taleyi məsələlərini müzakirə etdik. Ağrılı məsələdir. Bir neçə gün öncə Əminə Ərdoğan Banqladeşə səfər etdi və burada rəsmilərlə görüşlər keçirdi.

Qərara gəlmişik ki, Banqladeş iqtisadiyyatına yardım məqsədilə bu ölkədən qida, geyim və tibb məhsulları alaq. Birinci mərhələdə 1000, ikincisində isə 10 min ton məhsul alınacaq”.

Ərdoğan jurnalistin “Əsədlə görüşmüsüzmü?” sualına belə cavab verib: “Əsədlə görüşməmişəm, belə bir niyyətim də yoxdur”.

Türkiyə prezidenti həmçinin, S-400-lərin alqı-satqısı ilə bağlı səsləndirilən tənqidlərə münasibət bildirib:

“S-400 ilə bağlı imzalar atılıb. Hətta beh də verilib. Bu məsələdə həm Vladimir Putin, həm də mən qərarlıyam. Türkiyə Cumhuriyyəti müdafiə sənayesi və müdafiəsi ilə bağlı məsələləri heç kimlə müzakirə etmək fikri yoxdur. Əgər hər hansı bölgənin müdafiəsində çətinlik çəkiriksə, biz bunu özümüz həll etməliyik.

Məsələn, pilotsuz hava nəqliyyatını dostlardan ala bilmirdik, bunun üçün külli miqdarda pul istəyirdilər. Bizə pul qarşılığında verilməyən silahlar terror təşkilatlarına pulsuz paylanırdı. Sonda nə oldu? Pilotsuz uçuş aparatlarını özümüz istehsal etməyə başladıq”.


Müəllif: Samir