12 Sentyabr 17:05

Rusiya Ermənistandakı meşə yanğınları ilə əlaqədar rəsmi İrəvana yardım göndərəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiyanın İrəvandakı səfiri İvan Valınkin məlumat verib.

Onun sözlərinə görə, yardımın göndərilməsi bu gündən başlanacaq:

“Bunun üçün Rusiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 1 milyon dollar ayırılıb. Yardım Ermənistanda meşə yanğınları ilə mübarizə və bu tip hadisələrin əvvəlcədən qarşısının alınmasına yönələcək. Proqram 3 il müddətində davam etdiriləcək”.


Müəllif: Samir