12 Sentyabr 22:44

"ABŞ Türkiyənin Moskvadan S-400 hava hücumundan müdafiə sistemi almasından dərin narahatdır"

Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndəsi Conni Maykl bildirib.

"Əvvəldən S-400-ün alınması ilə bağlı narahatlığımızı türkiyəli rəsmilərə bildirdik. Türkiyəni bölgədə bütün təhdidlərə qarşı müdafiə edəcək ən yaxşı seçim NATO-ya aid raketdən müdafiə sistemidir", Pentaqon sözçüsü bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kazaxıstan səfərində S-400-lərin alınması ilə bağlı Rusiya ilə bağlı son anlaşmanın əldə olunduğunu bildirib.


Müəllif: Teleqraf.com