13 Sentyabr 2017 12:34
1 565
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:08

Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Lvovda qaldığı oteldən yoxa çıxıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Markiyan Qalabala bildirib.

Onun sözlərinə görə, Saakaşvili Lvovu tərk etməyib: “Onun harda olması məlum deyil. Güman edirəm ki, o, Çernovtsiyə gedib. Polisdən verilən məlumatda Saakaşvilinin Lvovu tərk etmədiyi bildirilib”.

Məlumatlara görə, Saakaşvilinin mühafizəçiləri jurnalistlərə siyasətçinin gecəni Lvovdakı oteldə keçirəcəyini demişdi. Ancaq Saakaşvili gecə saatlarında oteli tərk edib və mikroavtobusa minərək oradan uzaqlaşıb. Bir müddət sonra mikroavtobus otelə qayıtsa da, Saakaşvili orada olmayıb.

***

Mixail Saakaşvili gecə saatlarında Lvovda qaldığı oteli tərk edib.

Bu gün səhər saatlarında Saakaşvilinin Çernovtsa getdiyi məlum olub.

O, Ukrayna turunu buradan başlamaq niyyətindədir.

Saakaşvili bu gün yerli vaxtla 18:00-da Çernovts sakinləri ilə görüş keçirəcək.


Müəllif: Samir