13 Sentyabr 12:47
1 242

İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani İsrailə müraciət edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Bərzani müstəqillik referendumu məsələsinə yeganə dəstək aldığı ölkədən kürd əsilli 200 min yəhudinin Şimali İraqa köçürülməsini istəyib.

Bərzani bildirib ki, o, yəhudilərin köməyi ilə referendumda qələbə qazanmaq və həmin şəxslərin yaşayış şəraitini yaxşılaşdırmaq niyyətindədir.

Qeyd edək ki, bir müddət öncə İsrail-kürd jurnalı İsrail-Bərzani münasibətlərindən yazmışdı.

İraq Kürd Muxtariyyətində müstəqillik referendumu sentyabrın 25-də keçiriləcək.


Müəllif: Samir