13 Sentyabr 14:51
892

Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs oğlu Nikolas ilə birlikdə Tiflisə gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rulofs şəxsi Feysbuk hesabında məlumat verib:

“Biz Ukraynanın Şeqini sərhəd-keçid məntəqəsindən Gürcüstana keçdik. Hazırda Nikolas məktəbdə, mən isə işdəyəm”.

Qeyd edək ki, Rulofs oğlu ilə birlikdə Polşadan Ukraynaya gələn Saakaşvilini müşayiət etmişdi.


Müəllif: Samir