13 Sentyabr 2017 18:15
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert jurnalistlərə açıqlamasında Qərbin İranla imzaladığı nüvə sazişindən, Amerikanın buna münasibətindən və Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərinin İranın nüvə təsisatlarına baxış keçirməsinin vacibliyindən danışıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Noyert ABŞ hökumətinin məsələyə mövqeyini açıqlayıb.

O bildirib ki, İran 5+1 qrupu ilə imzaladığı nüvə sazişinin məzmun və ruhuna sadiq deyil:

“Biz hələ də, İranla imzalanmış nüvə sazişinə yenidən baxır, onu yenidən nəzərdən keçiririk. Hesab edirik ki, Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərinin İranın nüvə təsisatlarına baxış keçirməsi davam etməli, rəsmi Tehranın bu sazişin icrası ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiq qalıb-qalmadığı yoxlanılmalıdır.

Amerika hökuməti hesab edir ki, rəsmi Tehran nüvə sazişinin mahiyyətinə sadiq deyil. Çünki sazişin əsas məqsədlərindən biri regional sülhü və siyasi sabitliyi bərqərar etməkdir. Halbuki, İran bununla bağlı üzərinə götürdüyü öhdəliyə əməl etməyib. Biz agentliyin İranın bu sazişin şərtlərinə nə qədər sadiq qalıb-qalmamasını müəyyənləşdirmək üçün göstərdiyi səyindən məmnunuq və bunun üçün ona öz minnətdarlığımızı bildiririk”.


Müəllif: Samir