14 Sentyabr 01:53

Ermənistanda 2017-2018-ci il tədris ilinin başlanğıcında 13 məktəb bağlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan təhsil naziri Levon Mkrtçyan məlumat verib.

Nazirin sözlərinə görə, hər sinifdə azı 30, 1-9-cu siniflər üzrə ümumtəhsil məktəblərində heç olmasa 270 şagird təhsil almalıdır: “Şagird sayı az, yaxud praktiki cəhətdən yox dərəcəsində olan məktəblər qapadılıb. Məsələn, Yerevanın mərkəzinə yaxın ərazidə yerləşən Kond rayon məktəbində cəmi 50-60 şagird vardı, Noraqyuxda da analoji vəziyyət idi. İmkan daxilində müəllimləri deyil, texniki heyəti ixtisara salmağa çalışmışıq”.


Müəllif: Nərgiz