14 Sentyabr 2017 01:12
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın eks-prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Kiyevə sentyabrın 19-da gedəcəyini açıqlayıb.

Teleqraf.com İnterfaks-a istinadla xəbər verir ki, Mixail Saakaşvili Çernovtsı şəhərində çıxışı zamanı hələ bir neçə şəhərə səfər edəcəyini, sentyabrın 19-da isə Kiyevdə olacağını söyləyib: “Mənə kimsə dedi ki, həmin gün həm də Kiyevin qoruyucusu arxangel Mixailin günüdür. Kiyevi təcili xilas etmək lazımdır!”

Qeyd edək ki, Mixail Saakaşvili sentyabrın 10-da Polşa sərhəddini keçərək Ukraynaya gəlib. O, Ukrayna Prezidenti Pyotr Poroşenkonun imzaladığı fərmanla Ukrayna vətəndaşlığından məhrum edilib.


Müəllif: Nərgiz