14 Sentyabr 13:13

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya və Türkiyə arasında S-400 raket əleyhinə müdafiə sistemlərinin satışı ilə bağlı əldə olunan razılaşmaya münasibət bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Stoltenberq bunun Türkiyənin qərarı olduğunu deyib:

“Türkiyə NATO-ya daxil olmayan sistemləri əldə edə bilər. Bu sistemin NATO-ya daxil edilməsi üçün heç bir təklif almamışıq”.

Türkiyə Rusiyadan 2 milyard dollar dəyərində 4 ədəd S-400 sistemi almağı planlaşdırır.


Müəllif: Samir İsayev