24 İyul 2014 17:12
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda məktəb avtobusunun qatarla toqquşması nəticəsində sürücü ilə birlikdə 13 məktəbli həyatını itirib.

Teleqraf.com xəbər verir ki, yerli polisin bildirdiyinə görə, Telenqana əyalətində baş verən qəzada 16 məktəbli də xəsarət alıb.

Qeyd edək ki, Hindistanda hər gün təxminən 23 milyon adam 11 min qatarla səyahət edir. Kənar əyalətlərdə isə qatar yolları ilə avtomobil yollarının kəsişdiyi yerdə şlaqbaunlardan istifadə olunmur.

Uğur


Müəllif: