24 İyul 2014 17:55
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq parlamentinin Nümayəndələr Şurası Fuad Məsumu ölkə prezidenti seçib.

Məlumata görə, Seçkilər çərşənbə günü keçirilməli idi, lakin deputatlar arasında bu ali dövlət postuna namizədlə bağlı yaranmış fikir ayrılığı səbəbindən bu gün keçirilib.

Hazırda Nümayəndələr Şurasının əsas vəzifəsi hökuməti formalaşdırmaqdır. Parlamentarilər ilk növbədə spiker, Prezident və Baş nazir kimi rəhbər postlarla bağlı razılığa gəlməlidirlər. Spiker ötən həftə sünni koalisiyasının nümayəndəsi Səlim əl-Cuburi seçilib.

İraq Prezidenti əsasən reprezentativ funksiyaları yerinə yetirir. Bu zaman əsas hakimiyyət faktiki olaraq Baş nazirin əlində cəmləşir ki, bu posta seçkilər hələ qarşıdadır.

/trend/


Müəllif: