16 Sentyabr 17:17

Ukrayna Prezidenti Petro Poroşenko BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, sessiya çərçivəsində sentyabrın 21-də Petro Poroşenko amerikalı həmkarı Donald Trampla görüşəcək.

Bununla bağlı ABŞ prezidentinin müşaviri Qerbert Makmaster məlumat verib. O görüşün gündəliyini açıqlamayıb.

Makmaster bildirib ki, Tramp Poroşenko ilə yanaşı Türkiyə və Əfqanıstan prezidentləri ilə də görüşlər keçirəcək.


Müəllif: Samir