16 Sentyabr 15:40
106

ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində kütləvi etirazlar başlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, etirazlara səbəb 2011-ci ildə 24 yaşlı afroamerikalını öldürərək həbs cəzasına məhkum olunan polis rəisi Ceyson Stoklinin dünən şəhər məhkəməsi tərəfindən azadlığa buraxılmasıdır.

Etirazçılar şəhər meri Linda Kryusonun evinə soxulmağa çalışıblar. Polisin müdaxiləsinə baxmayaraq, narazı kütlə merin evini daşa basıb. Hadisə zamanı Kryuson xəsarət almayıb.

Olaydan sonra hərəkətə keçən polis 13 nəfəri həbs edib.


Müəllif: Samir