16 Sentyabr 2017 16:10
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda ətin qiyməti qalxıb.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, ölkənin Statistika Komitəsinin yanvar-iyun aylarını əhatə edən hesabatında ətin nəzərə çarpacaq dərəcədə bahalaşdığı müşahidə olunub.

Mal əti 6,2%, donuz 38,2%, qoyun əti isə 15,8% faiz bahalaşıb.

Məlumatlara görə, 2017-ci ilin ilk 6 ayı ərzində ölkədə mal əti resursları demək olar ki, 4%, donuz əti isə 16% azalıb.

Braziliyadan Ermənistana ixrac edilən donuz ətinin gömrük qiymətinin illik hesablama üzrə 19 faiz artdığı qeyd olunur. Bu isə ölkə üzrə 80 faiz artım deməkdir.

Donuz ətinin qiymətinin qalxmasına, ümumilikdə mal bazarına Braziliya amilinin həlledici təsiri olduğu bildirilir.


Müəllif: Kəmalə