16 Sentyabr 2017 17:06
1 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə özünün cənub sərhədində kürd qurşağının yaradılmasına izn verməyəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danfordla görüşü zamanı bildirib.

İki ölkənin yüksək çinli hərbçisinin görüşü Albaniyanın paytaxtı Tiranada NATO ölkələri Baş Qərargah rəislərinin ikigünlük toplantısı çərçivəsində baş tutub.

Hulusi Akar və Cozef Danford Şimali İraq Kürd Muxtariyyatının referendumu qərarı və Suriyadakı son prosesləri müzakirə ediblər. Türkiyəli general həmkarına Suriyanın İdlib regionuna üç ölkə - Türkiyə, İran və Rusiyanın müşahidəçi qüvvələri yerləşdirməsi və oranı sülh bölgəsi elan etməsi haqda da məlumat verib.

Akar eyni zamanda ABŞ-ın Suriyadakı terrorçu YPG qüvvələrinə yardım göstərməsindən narahatlığını da ifadə edib.


Müəllif: Mahir